Xətai rayonunda köməksiz vəziyyətdə qalan 2 nəfər xilas edilib

BAKI. 23 yanvar. REPORT.AZ/ Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonunda yaşayış binasının liftində 2 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

"Report" FHN-ə istinadən xəbər verir ki, xilasedicilər liftin qapılarını açaraq vətəndaşları liftdən çıxmasına şərait yaradıblar. Əməliyyat saat 20:22-də başa çatıb.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47