Xətai rayonunda güclü külək qapını qadının üstünə aşırıb

Xətai rayonu, Köhnə Günəşli qəsəbəsi S.Mehmandarov küçəsində güclü külək dəmir qapını qadının üstünə aşırıb.

"Report" xəbər verir ki, 1971-ci il təvəllüdlü Nəbiyeva Nurlana Ağamalı qızı həyətlərində üstünə dəmir qapının aşması nəticəsində xəsarət alıb. 

Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Ona döş qəfəsinin və bel nahiyəsinin küt travması diaqnozu qoyulub.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47