​Bakıda köməksiz vəziyyətdə qalan şəxs xilas edilib

Bakı. 1 mart. REPORT.AZ/ Günorta saatlarında Bakının Xətai rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalıb.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, qurumun “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, xilasedicilər dərhal hadisə yerinə cəlb olunub.

Onlar liftin qapısını açaraq vətəndaşın liftdən çıxmasına şərait yaradıblar.

Digər xəbərlər

Lerikdə zəlzələ olub 17 sentyabr, 2026 / 16:14
İmişlidə zəlzələ olub 16 sentyabr, 2026 / 22:50