​Xədicə İsmayılova barəsində həbs qətimkan tədbiri seçilib

Bakı. 5 dekabr. REPORT.AZ/ Jurnalist Xədicə İsmayılova barəsində həbs qətimkan tədbiri seçilib.

Vəkil Elton Quliyevin "Report"a verdiyi məlumata görə, Səbail Rayon Məhkəməsi X.İsmayılova barəsində 2 ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar çıxarıb.

X.İsmayılova Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə ittiham olunur. Bu maddə ilə ittiham olunan şəxslər üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılırlar.

Digər xəbərlər

Cəlilabadda avtomobil yanıb 07 sentyabr, 2026 / 11:33
Şərurda minik avtomobili yanıb 07 sentyabr, 2026 / 10:34