Xaçmazda yol qəzası olub, ölən var

Xaçmaz rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

“Report”un Şimal burosunun xəbərinə görə, hadisə Xudat-Nabran avtomobil yolunun İstisu qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Rayon sakini, 1963-cü il təvəllüdlü Səlimov Həmdulla Həmid oğluna məxsus “SEAT ibiza” markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxıb. Nəticədə avtomobil yolun kənarına aşıb.

Qəza nəticəsində H.Səlimov ölüb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Qazaxda avtomobil aşıb, ölən var 29 dekabr, 2025 / 12:19