Xaçmaz rayonunda 15 yaşlı Bağırov Elçin Elman oğlu bataqlığa düşüb.
“Report”un Şimal bürosunun məlumatına görə, hadisə Niyazabad kəndi ərazisində, dəniz sahilində baş verib.
Hadisə şahidlərinin sözlərinə görə, at belində mal-qara axtaran yeniyetmə bataqlığa yıxılıb.
Onun axtarışlarına yerli sakinlərlə yanaşı, Fövqəladə Hallar Nazirliyinin sularda xilasetmə xidmətinin əməkdaşları da cəlb olunub.