Xaçmazda yanında silah olan meyit tapılıb

Bakı. 18 noyabr. REPORT.AZ/ Xaçmaz rayonunun Baraxum kənd sakininin meyiti öz bağında tapılıb. “Report”un xəbərinə görə, 1979-cu il təvəllüdlü Elçin Arzumanovun meyiti tapılarkən yanında tüfəng də olub.

Hadisə yerinə Xaçmaz Rayon Prokurorluğunun əməkdaşları gəlib. Onun intihar etdiyi ehtimal olunur.

Ölümün dəqiq səbəbləri araşdırmalardan sonra məlum olacaq.

Digər xəbərlər

İmişlidə zəlzələ olub 16 sentyabr, 2026 / 22:50
Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45