Xaçmazda velosipedçini avtomobil vuraraq öldürüb

Xaçmaz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Şimal bürosunun xəbərinə görə, hadisə rayonun Yeni Həyat qəsəbəsində qeydə alınıb.

Belə ki, velosipedlə hərəkətdə olan, 2000-ci il təvəllüdlü Nazim İlqar oğlu İsayevi "Hyundai" markalı minik avtomobili vurub.

Hadisə nəticəsində o, aldığı xəsarətlərdən dünyasını dəyişib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Digər xəbərlər

Sarayda minik avtomobili yanıb 01 mart, 2026 / 19:58
Şamaxıda zəlzələ baş verib 28 fevral, 2026 / 23:26