Xaçmazda qəzada yaralanan sürücü ölüb

Xaçmaz rayonunda qəzada yaralanan sürücü ölüb.

"Report"un Şimal bürosunun məlumatına görə, ötən gün Gəndob-Yalama avtomobil yolunun Xaçmaz rayonunun Yaqub-oba kəndi yaxınlığından keçən hissəsində yol qəzası olub.

Qəza nəticəsində xəsarət alan dörd nəfərdən biri - 39 yaşlı sürücü Tərlan Həsənbəyov xəstəxanada dünyasını dəyişib.

Digər xəbərlər

Sumqayıtda avtomobil yanıb 13 yanvar, 2026 / 14:51
Sumqayıtda silah-sursat tapılıb 13 yanvar, 2026 / 13:13