Bakı. 14 dekabr. REPORT.AZ/ Xaçmaz rayonunda münaqişə zəmnində qadını bıçaqlayan şəxs tutulub.
"Report" xəbər verir ki, rayon sakini Ruzalya Quçuyeva qətlə yetirilib.
Xaçmaz Rayon Polis Şöbəsinin (RPŞ) və rayon prokurorluğunun əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən rayon sakini, əvvəllər məkum olunan Turxan Nəsirov tutulub.
Faktla bağlı cinayət işi açılıb, araşdırmalara davam etdirilir.