Xaçmaz Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə narkotik vasitələrin təsiri altında nəqliyyat vasitəsini idarə edən və digər hərəkət iştirakçılarının da sağlamlığı üçün ciddi təhlükə yaradan rayon sakini Müslüm Manafov saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan "Report"a verilən məlumata görə, rayonun mərkəzi küçələrində hərəkətdə olan “VAZ-2106” markalı avtomobilin sürücüsü davamlı şəkildə yol hərəkəti qaydalarını kobud şəkildə pozduğu üçün polis əməkdaşları tərəfindən ona “saxla” işarəsi verilib. Lakin, o, polis əməkdaşlarının qanuni tələbinə məhəl qoymayaraq təhlükəli manevrlərlə qaydaları pozmağa davam edib. Avtomobil süni tıxac tətbiq edilməklə dayandırıldıqdan sonra sürücünün narkotik vasitə qəbul etməsinə dair əsaslı şübhələr olduğundan həmin şəxs polis şöbəsinə gətirilib. Tibbi müayinədən keçirildikdən sonra M.Manafovun narkotik vasitə qəbul etdiyi müəyyən olunub. O, ifadəsində əməllərini etiraf edib. Araşdırmalar zamanı həmin şəxsin axtarışda olduğu məlum olub.
Faktla bağlı RPŞ-də araşdırmalar aparılır.
Xaçmazda narkotik vasitənin təsiri altında avtoxuliqanlıq edən şəxs saxlanılıb
Digər xəbərlər
Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib
29 oktyabr, 2026 / 21:15
TƏBİB: Zəhərləndiyi iddia edilən şagirdlərdə rotavirus infeksiyası aşkarlanıb - Yenilənib-3
29 oktyabr, 2026 / 20:23
Xalq artisti Zaur Rzayev vəfat edib
29 oktyabr, 2026 / 18:54
Məktəbdə media nümayəndələrinə qarşı törədilən əməllərlə bağlı cinayət işi başlanılıb
29 oktyabr, 2026 / 16:31
DİN: Bu ilin 9 ayı ərzində 146 cinayətkar qrup zərərsizləşdirilib
29 oktyabr, 2026 / 15:43
2026-cı ilin 9 ayı ərzində 6 tondan çox narkotik qanunsuz dövriyyədən çıxarılıb
29 oktyabr, 2026 / 15:42
Cari ilin 9 ayı ərzində axtarışa verilən şəxslərin 87 faizi tutulub
29 oktyabr, 2026 / 15:42
Bu ilin 9 ayı ərzində 22 804 cinayət törədilib
29 oktyabr, 2026 / 15:40
Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyevin cəzası azaldılıb
29 oktyabr, 2026 / 12:39
Beynəlxalq terror təşkilatlarını maliyyələşdirmədə təqsirləndirilən dəstə üzvlərinə hökm oxunub
29 oktyabr, 2026 / 11:15
Masallıda minik avtomobili yük maşınına çırpılıb, bir nəfər ölüb
29 oktyabr, 2026 / 10:52
Şəmkirdə usta bədbəxt hadisə nəticəsində ölüb
29 oktyabr, 2026 / 10:17
Bakıda iki yaşlı uşaq pilləkəndən yıxılaraq ölüb
29 oktyabr, 2026 / 10:14
Konstitusiya Məhkəməsində Nərimanov Rayon Məhkəməsinin müraciəti əsasında qərar qəbul olunub
29 oktyabr, 2026 / 09:04
Kəlbəcərdə baş verən qəzada bir nəfər ölüb, bir nəfər yaralanıb
29 oktyabr, 2026 / 00:14
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib
28 oktyabr, 2026 / 20:54
Şəmkirdə bıçaqlanan kişi xəstəxanaya aparılarkən ölüb
28 oktyabr, 2026 / 20:30
Yasamalda şagirdin pəncərədən yıxılaraq öldüyü məktəbə psixoloqlar cəlb edilib
28 oktyabr, 2026 / 16:32
Sabunçuda evdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
28 oktyabr, 2026 / 16:15
Bakıda məktəblinin 4-cü mərtəbədən yıxılaraq ölməsi faktı araşdırılır
28 oktyabr, 2026 / 12:50