Xaçmazda avtomobil kişini vuraraq öldürüb.
"Report"un Şimal bürosunun xəbərinə görə, hadisə Bakı prospektində baş verib.
Rayon sakini, 1970-ci il təvəllüdlü Məmmədov Rufeddin Əmirbək oğlu yolu keçərkən onu avtomobil vurub. Yaralı aldığı xəsarətlərdən ölüb.
Piyadanı vuran sürücü avtomobili ilə hadisə yerindən uzaqlaşıb.
Faktla bağlı araşdırma aparılır.