Xaçmazda kişi meyiti tapılıb

Xaçmazın Əhmədoba kəndində kişi meyiti tapılıb.

"Report"un Şimal bürosunun məlumatına görə, Xaçmaz rayonunun Əhmədoba kəndi ərazisində fərdi yaşayış evinin həyətində, kənd sakini, 1959-cu il təvəllüdlü Cəlalov Adil Koroğlu oğlunun meyiti tapılıb.

İlkin məlumata görə, A.Cəlalov spirtli içkinin təsirində olub.

Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Xaçmaz rayonunda zəlzələ olub 05 iyul, 2026 / 09:05
Masazırda maşın yanıb 04 iyul, 2026 / 14:30
İmişlidə zəlzələ olub 04 iyul, 2026 / 13:48