Xaçmazda karantin qaydalarını pozan çay evinin sahibi cərimələnib

Xaçmaz rayonunda karantin qaydalarını pozan çay evinin sahibi cərimələnib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

Bildirilib ki, Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən obyektin sahibi və orada olan müştərilər İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə cərimə ediliblər.

Digər xəbərlər