Bakı. 22 May. REPORT.AZ/ Xaçmaz rayonu, Qobuqıraq kəndində (rayon mərkəzindən 7 km aralı) vətəndaşa məxsus 2 mərtəbəli evin 2-ci mərtəbəsinin dam örtüyü, otaqlarının yanar konstruksiyaları və ev əşyaları 90 kv.m sahədə yanıb.
"Report" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, yanğından evin qalan hissəsi və bitişik köməkçi tikili mühafizə olunub. Yanğın saat 20:43-də yanğınsöndürənlər tərəfindən söndürülüb.