Xaçmazda gənc yol qəzasında xəsarət alıb

Xaçmaz rayonunda yol qəzası olub.

“Report”un Şimal bürosunun verdiyi məlumata görə, hadisə Xaçmaz-Xudat yolunda qeydə alınıb.

Yol qəzası nəticəsində rayonun Qusarçay kənd sakini, 2001-ci il təvəllüdlü Mahur Şaban oğlu Şabanov xəsarət alıb.

O, Xaçmaz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Yaralıya ilkin tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Xəzər dənizində zəlzələ olub 13 dekabr, 2025 / 21:28