Xaçmazda fəhlələri daşıyan mikroavtobus avtomobillə toqquşub, xəsarət alanlar var

Xaçmaz rayonunda fəhlələri daşıyan avtomobil qəzaya düşüb.

"Report"un Şimal bürosunun məlumatına görə, hadisə Xaçmaz-Quba yolunda qeydə alınıb.

Belə ki, "Ford" markalı mikroavtobusla "Kia" markalı minik avtomobili toqquşub.

Nəticədə 1964-cü il təvəllüdlü Xanəliyeva Gülnarə Güloğlan qızı, 2016-cı il təvəllüdlü Tağıyeva Şəlalə Əliağa qızı, 1974-cü il təvəllüdlü İmamova Vəsilə Məlikməmməd qızı, 1970-ci il təvəllüdlü Rüstəmov Gülaga Nəbi oğlu və 2001-ci il təvəllüdlü Talıbov Rizvan Qurban oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Onların rayonda yerləşən bağlardan birində fəhlə kimi işləməyə getdikləri bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

İsmayıllıda zəlzələ olub 19 oktyabr, 2026 / 12:25
Xəzər dənizində zəlzələ olub 19 oktyabr, 2026 / 11:39