Xaçmazda evdə kişi meyiti tapılıb

Noyabrın 3-də Xaçmaz rayonunda evlərin birində üzərində kəsilmiş-deşilmiş xəsarətlər olan kişi meyitinin olması ilə bağlı polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan “Report”a bildirilib ki, hadisə yerinə polis əməkdaşları cəlb olunub, araşdırma aparılır.

Əlavə məlumat veriləcək.

Digər xəbərlər