​Xaçmazda ev yanıb

Bakı. 3 iyun. REPORT.AZ/ Xaçmaz rayonunda yanğın hadisəsi baş verib. "Report" Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, hadisə rayonun Xaspoladoba kəndində qeydə alınıb.

Kənddə vətəndaşa məxsus ümumi sahəsi 130 kv.m olan birmərtəbəli 3 otaqlı evin aynabəndi və içərisində olan ev əşyaları 70 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. 

Yanğın saat 06:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Digər xəbərlər

Ağdamda traktor minaya düşüb 05 sentyabr, 2026 / 23:54
Xırdalanda restoran yanıb 04 sentyabr, 2026 / 09:37