Xaçmazda dərzi intihar edib

Xaçmaz şəhər sakini intihar edib.

"Report"un Şimal bürosunun məlumatına görə, 1969-cu il təvəllüdlü Şərifov Əfqan Rüstəm oğlu yaşadığı evin həyətindəki yardımçı tikilidə özünü asıb.

Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.

E.Şərifov rayonda dərzi fəalliyəti ilə məşğul olub.

İntiharın səbəbi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Talaçaydan sel keçir 08 iyul, 2026 / 11:03