Xaçmazda baş verən müəmmalı qəzada yerli sakin yaralanıb

Bakı. 17 oktyabr. REPORT.AZ/ Xaçmaz rayonunda bir nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə zamanı Xaçmaz rayonu, Sabiroba kənd sakini, 1994-cü il təvəllüdlü, Şahzadə Sənan Nüsrət oğlu ağır xəsarətlərlə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan "Report"a verilən məlumata görə, S.Şahzadəyə qapalı kəllə beyin travması, baş beyinin əzilməsi travması diaqnozu qoyulub: "Xəstənin vəziyyəti ağır olduğundan Bakı şəhərindən həkim briqadası çağırılıb".

Qəzanın baş verməsi barədə hələlik məlumat yoxdur.

Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsində araşdırma aparılır.

Digər xəbərlər

Gəncədə ev yanıb, ölən var 26 mart, 2026 / 10:51