Xaçmazda avtomobillər toqquşub, qadın xəsarət alıb

Xaçmaz rayonunda yol qəzası olub.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, hadisə Şabran-Xaçmaz yolunun Çarxı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, həmin ərazidə iki avtomobil toqquşub. Nəticədə Şabran şəhərində yaşayan, 1990-cı il təvəllüdlü Səccarə Akif qızı Balabəyova xəsarət alıb.

Yaralı Şabran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, hazırda ona ilkin tibbi yardım göstərilir.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Sumqayıtda fərdi ev tam yanıb 21 mart, 2026 / 17:18