Xaçmazda avtomobillər toqquşub, ölən və xəsarət alan var

Xaçmaz rayonunun Nabran kəndində yol-nəqliyyat hadisəsi olub.

"Report"un Şimal bürosunun məlumatına görə, "VAZ-2107" və "Opel" markalı avtomobillərin toqquşması nəticəsində 1979-cu il təvəllüdlü Hüseynzadə Səxavət Gülümbala oğlu ölüb, 1962-ci il təvəllüdlü Xuruci Hacıbaba Mürşüd oğlu isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Lukas Paketa bəraət qazanıb 26 iyul, 2025 / 01:32
AKP-nin deputatı öldürülüb 25 iyul, 2025 / 23:36