Xaçmazda avtomobil piyadanı vuraraq xəsarət yetirib

Xaçmazda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, hadisə Xaçmaz şəhərində baş verib.

Belə ki, minik avtomobili rayonun Çaxçaxlı kənd sakini, 1988-ci il təvəllüdlü Rəhim Fuad oğlu Abasovu vurub.

Yaralı Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, ona sağ baldır sümüyünün sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Sumqayıtda yol çöküb 13 noyabr, 2026 / 19:13