Xaçmazda avtomobil piyadanı vuraraq öldürüb

Xaçmazda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report”un Şimal bürosunun verdiyi məlumata görə, hadisə Yalama kəndində qeydə alınıb.

İlkin məlumata görə, kənd sakini, avtomobil 1968-ci il təvəllüdlü piyada Cavid Atakişi oğlu Atakişiyevi vurub. O, hadisəni törədən sürücü tərəfindən Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda ölüb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Şəkidə evdə partlayış olub 23 yanvar, 2026 / 09:36