Xaçmazda avtomobil piyadanı vuraraq öldürüb

Xaçmaz rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, hadisə Xudat-Nabran yolunda qeydə alınıb.

Xudat qəsəbə sakini 1978-ci il təvəllüdlü Mais Sabir oğlu Qasımovu avtomobil vurub. Piyada hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Xəzər dənizində zəlzələ olub 07 aprel, 2026 / 06:31
Azər Maqsudov cəzadan azad edilib 06 aprel, 2026 / 17:05