Xaçmazda avtomobil kişini vuraraq öldürdü

Xaçmazda yol qəzası baş verib.

"Report"un xəbərinə görə, hadisə aprelin 22-də şəhərin Bakı prospektində qeydə alınıb.

Belə ki, rayon sakini, 1983-cü il təvəllüdlü Fazil Ağarzayev idarə etdiyi "VAZ-21013" markalı avtomobillə Quba rayon sakini, 1964-cü il təvəllüdlü Ədalət Süleymanovu vuraraq öldürüb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Digər xəbərlər