Xaçmazda avtomobil FHN əməkdaşını vurub

Xaçmaz rayonunda yol qəzası baş verib.

"Report"un Şimal bürosunun məlumatına görə, hadisə Xaçmaz - Xudat avtomobil yolunun Müşkür kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "VAZ-21014" markalı çörək daşıyan avtomobil yanğın olan ərazidə xidmət aparan Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşı 1989-cu il təvəllüdlü Ağabalayev Fəxarət Həsənbəy oğlunu vurub.

Yaralı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Ordubadda qaya uçqunu olub 16 aprel, 2026 / 09:30
Xəzər dənizində zəlzələ olub 15 aprel, 2026 / 07:43