Xaçmazda baş verən qəzada çoxsaylı xəsarətlər alan piyada xəstəxanada ölüb.
"Report"un Şimal bürosunun verdiyi məlumata görə, axşam saatlarında yolu keçmək istəyən piyada, Xaçmaz şəhər sakini 1959-cu il təvəllüdlü Məhəmməd Hüseyn oğlu Mahmudovu avtomobil vurub.
Ağır xəsarətlər alan M.Mahmudov hadisəni törədən sürücü tərəfindən Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralıya ağır qapalı kəllə-beyin travması, baş-beyinin əziyi, kəllə sümüklərinin sınığı, eləcə də digər diaqnozlar qoyulub və o reanimasiyaya yerləşdirilib.
Həkimlərin ciddi səylərinə baxmayaraq, M. Mahmudovun xəsarətləri çoxsaylı və ağır xəsarətlər olduğundan onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
21:41
Xaçmazda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Şimal bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Bakı prospektində qeydə alınıb.
Axşam saatlarında yolu keçmək istəyən piyada, Xaçmaz şəhər sakini 1959-cu il təvəllüdlü Məhəmməd Hüseyn oğlu Mahmudovu avtomobil vurub. Ağır xəsarətlər alan M.Mahmudov hadisəni törədən sürücü tərəfindən Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralıya ağır qapalı kəllə-beyin travması, baş-beyinin əziyi, kəllə sümüklərinin sınığı, eləcə də digər diaqnozlar qoyulub və o reanimasiyaya yerləşdirilib.
Həkimlər yaralının vəziyyətini ağır qiymətləndirir.
Faktla bağlı araşdırma aparılır.