Xaçmazda avtomobil ağaca çarpılıb, ölən var.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, hadisə iyulun 25-i saat 18 radələrində rayonun Ukur-oba kəndi ərazisində qeydə alınıb.
Belə ki, Qusar rayon sakini Asif Hacıyev idarə etdiyi “VAZ-2104” markalı avtomobili ağaca vurub. Nəticədə sürücü hadisə yerində ölüb, sərnişini isə xəstəxanaya yerləşdirilib.
Xaçmaz Rayon Polis Şöbəsində araşdırma aparılır.