Xaçmazda ağır yol qəzası olub, xəsarət alanlar var

Xaçmaz rayonunda ağır yol qəzası baş verib.

“Report”un Şimal burosunun xəbərinə görə, H.Əliyev prospektində “Opel” markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxıb. Nəticədə avtomobil yolun kənarındakı ağaclara çırpılıb.

Qəza nəticəsində rayon sakinləri - 2001-ci il təvəllüdlü Ağayev Abgül Hünər oğlu, 2001-ci il təvəllüdlü Əlimirzəyev Bəhlul Bəxtiyar oğlu və 2002-ci il təvəllüdlü Həsənov Mehdi Əliheydər oğlu muxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər