Xaçmazda ağacdan yıxılan qadın ölüb

Bakı. 23 iyun. REPORT.AZ/ Xaçmaz rayonunda ağacdan yıxılan qadın ölüb.

"Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.

Məlumata görə, iyunun 17-də Xaçmaz rayonunun Qoçaqlı kəndində yaşayan Xalidə Süleymanova həyətində gilas yığarkən ağacdan yıxılıb. Xəstəxanaya yerləşdirilən X.Süleymanova iyunun 22-də orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Lerikdə zəlzələ olub 17 sentyabr, 2026 / 16:14
İmişlidə zəlzələ olub 16 sentyabr, 2026 / 22:50
Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45