Xaçmazda 67 yaşlı kişi dəm qazından boğulub

Xaçmaz sakini dəm qazından boğulub.

"Report"un Şimal bürosunun məlumatına görə, hadisə şəhərin M.Rəsulzadə küçəsində baş verib.

Belə ki, 67 yaşlı Təvəkkül Qurbanov yaşadığı evin hamam otağında dəm qazından boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti