Xaçmazda 60 kq fındıq oğurlayan şəxs tutulub

Bakı. 3 fevral. REPORT.AZ/ Azərbaycanda fındıq oğrusu tutulub.

"Report" xəbər verir ki, hadisə Xaçmazda qeydə alınıb. 

Məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 28-də Akif Rəhimova məxsus evdən 60 kiloqram fındıq oğurlayan Xudat şəhər sakini, əvvəllər məhkum olunmuş Kamil Ramaldanov tutulub.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47