Xaçmazda 58 yaşlı kişi intihar edib

Xaçmaz rayonunun Hacıisaoba kənd sakini 1965-ci il təvəllüdlü Əmirquluyev İslam Cabir oğlu özünü asıb.

"Report"un Şimal bürosunun məlumatına görə, onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.

İntiharın səbəbi hələ məlum deyil.

Hadisə ilə bağlı araşdırma aparılır.

Digər xəbərlər

Xırdalanda 1 yaşlı körpə ölüb 15 yanvar, 2026 / 10:22