Xaçmazda 38 yaşlı kişi bıçaqlanıb

Xaçmaz rayonunda bıçaqlanma baş verib

“Report”un Şimal bürosunun məlumatına görə, hadisə Çarxı kəndində qeydə alınıb.

Belə ki, 1984-cü il təvəllüdlü Mustafayev Havadar Mirzə oğlu tanışı tərəfindən bıçaqlanıb.

Yaralı təcili tibbi yardımın köməkliyilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Müayinə zamanı ona sağ çiynin kəsilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Naxçıvanda avtobus yanıb 10 iyul, 2026 / 15:02