Xaçmazda 33 yaşlı qadın zəhərlənib

Xaçmazda zəhərlənmə hadisəsi olub.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, hadisə Xaçmaz şəhərində baş verib. Quba rayon Hacıqayıb kənd sakini, 1988-ci il təvəllüdlü Tünzalə Faiq qızı Babayeva M.Ə.Sabir küçəsində yerləşən evdə dəm qazından zəhərlənib.

T.Babayeva yaxınları tərəfindən Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47