Xaçmazda 32 yaşlı kişi intihar edib

Xaçmaz. 5 noyabr. REPORT.AZ/ Xaçmaz rayonunda 32 yaşlı kişi intihar edib. 

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Yataqoba kəndində qeydə alınıb.

Belə ki, həmin kəndin sakini, 1986-cı il təvəllüdlü Habil Əzizağa oğlu Əliyev özünü qardaşının yeni tikdirdiyi evinin həyətindəki şaftalı ağacından asıb.

Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.

Digər xəbərlər