Xaçmazda 25 yaşlı kişi dəm qazından ölüb

Xaçmaz rayonunda 25 yaşlı kişi dəm qazından ölüb.

"Report"un Şimal bürosunun məlumatına görə, hadisə rayonun Yenihəyat kəndində qeydə alınıb.

Belə ki, kənd sakini 1998-ci il təvəllüdlü Əliyev Nurlan Həsrət oğlu yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər