Xaçmaz-Xudat yolunda avtomobil körpüdən aşıb, sürücü hadisə yerindən qaçıb 

Xaçmaz-Xudat yolunda yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, hadisə Xaçmaz-Xudat yolunun Qusarçay kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 90-BR-872 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobil körpüdən aşıb.

Şahidlərinin sözlərinə görə, hadisəyə səbəb yüksək sürət həddi olub. Sürücü avtomobili qəza yerində qoyaraq qaçıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

İsmayıllıda zəlzələ olub 19 oktyabr, 2026 / 12:25
Xəzər dənizində zəlzələ olub 19 oktyabr, 2026 / 11:39