Xaçmaz sakinindən yarım kiloqrama yaxın narkotik vasitə götürülüb

Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Gəncəli kənd sakini M.Manafov saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, şəxsi axtarış zamanı ondan 4 qrama yaxın, idarə etdiyi “Mercedes” markalı avtomobildən isə 449 qrama yaxın marixuana aşkar edilərək götürülüb.

Digər xəbərlər

Xəzər dənizində zəlzələ olub 13 dekabr, 2025 / 21:28