Xaçmaz sakini özünü xurma ağacından asıb

Bakı. 12 iyun. REPORT.AZ/ Xaçmazda intihar hadisəsi baş verib.

"Report"un xəbərinə görə, hadisə rayonun Bostançı kəndindində qeydə alınıb.

Belə ki, 1939-cu il təvəllüdlü Tahir Şahbazov yaşadığı evin bağ sahəsində yerləşən xurma ağacından özünü asıb.

Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47