Xaçmaz sakini Bakıda oğurluq edərkən saxlanıldı

Binəqədi rayonunda mağazadan oğurluq edilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən “Report”a verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin əməkdaşları əməliyyat keçiriblər.

Əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 30-da rayon ərazisindəki mağazaların birindən 800 manat və 150 ABŞ dolları oğurlamaqda şübhəli bilinən Xaçmaz rayon sakini N.Məmmədov saxlanılıb. 

Digər xəbərlər