​Xaçmaz rayonunda 2 mərtəbəli ev yanıb

Bakı. 19 aprel. REPORT.AZ/ Günorta saatlarında Xaçmaz rayonunun Palçıqoba kəndində vətəndaşa məxsus ikimərtəbəli 4 otaqlı evdə yanğın hadisəsi baş verib.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində evin mətbəxinin tavanı və içərisindəki əşyalar yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Digər xəbərlər

Cəlilabadda avtomobil yanıb 07 sentyabr, 2026 / 11:33
Şərurda minik avtomobili yanıb 07 sentyabr, 2026 / 10:34