Vilayət Eyvazov: "Ötən il bağlı qalan 310 cinayətin açılması təmin edilib"

2019-cu illə müqayisədə ötən il qəsdən sağlamlığa az ağır zərərvurma, mülkiyyət əleyhinə olan cinayətlər, o cümlədən oğurluq, soyğunçuluq, quldurluq, dələduzluq, avtonəqliyyat vasitələrinin qaçırılması kimi cinayətlər azalıb.

"Report" xəbər verir ki, bunu daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov kollegiya iclasında deyib.

O bildirib ki, həyata keçirilən əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri ilə cinayətlərin 85,5 faizinin, eləcə də, prokurorluq orqanları ilə birgə keçmiş illərdən bağlı qalan 310 cinayətin açılması təmin edilib.

Digər xəbərlər

Hacıqabulda zəlzələ olub 19 noyabr, 2026 / 10:28
Qobustanda top mərmisi tapılıb 18 noyabr, 2026 / 10:31