Bakı. 8 oktyabr. REPORT.AZ/ Dələduzluqda təqsirləndirilən veteran futbolçu Maşallah Əhmədov azadlığa buraxılıb.
"Report"un məlumatına görə, o, cəzasının dörddə üç hissəsini çəkdiyi üçün güzəşt edilərək, vaxtından 2 ay əvvəl cəzaçəkmə müəssisəsindən oktyabrın 7-də sərbəst buraxılıb.
Qeyd edək ki, M.Əhmədov 2015-ci ilin dekabr ayının 14-də Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Rəsmi məlumata görə, bizneslə məşğul olan "Neftçi"nin keçmiş futbolçusu Bakıda bir neçə nəfərə 150 min manatdan artıq dəyərdə xaricdən daş plitə gətirəcəyini vəd edib. Lakin M.Əhmədov sözünə əməl etməyib, həmin şəxslərin pulunu da qaytarmayıb.
Dekabrın 16-da Binəqədi Rayon Məhkəməsində M.Əhmədov barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib. Qərardan narazı qalan veteran futbolçu apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Lakin apellyasiya şikayəti təmin edilməyib.
Dekabrın 30-da isə Binəqədi Rayon Məhkəməsi M.Əhmədov barəsində seçilmiş həbs qətimkan tədbirini ləğv edib. Tanınmış futbolçu ev dustaqlığına buraxılıb.
Ötən il avqust ayında isə M.Əhmədovun işi üzrə ibtidai istintaq yekunlaşaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Amma prokurorluq cinayət işini ibtidai istintaqa qaytarılması barədə qərar çıxarıb. İş yenidən ibtidai istintaqda araşdırılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Əhmədov 8 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan M.Əhmədov və onun vəkili Samir Abdullayev apellyasiya şikayəti verib. Müdafiəçi müvəkkilinin ittiham olunduğu dörd epizod üzrə M.Əhmədova bəraət, bir epizod üzrə isə həbslə bağlı olmayan cəzanın verilməsini istəyib.
Bakı Apellyasiya Məhkəməsində, hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara əsasən, M.Əhmədovun barəsində çıxarılmış birinci instansiya məhkəməsinin hökmü dəyişdirilib. Onun cəzası 8 ildən 2 ilə endirilib.
Xatırladaq ki, Azərbaycan futbolunun ən güclü hücumçularından olan M.Əhmədov 1959-cu ildə Gəncədə anadan olub. O, 1977-ci ildən "Neftçi" klubunda oynayıb. M.Əhmədov 1995-ci ildə əsas milli komandada məşqçi, U-21-də isə baş məşqçi funksiyasını yerinə yetirib. O, 2008-ci ilin dekabrından etibarən İsgəndər Cavadovun rəhbərlik etdiyi Azərbaycan Regional Futbol Federasiyaları Assosiasiyasının vitse-prezidentidir.
Veteran futbolçu Maşallah Əhmədov azadlığa buraxılıb
Digər xəbərlər
Qarabağ – Neftçi matçında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb
18 oktyabr, 2026 / 00:12
Ötən gün itkin düşmüş 8 nəfər tapılıb
17 oktyabr, 2026 / 17:45
Biləsuvardakı avtoqəzada xəsarət alanlar Kliniki Tibbi Mərkəzə təxliyə olunublar - yenilənib-2
17 oktyabr, 2026 / 16:42
Axtarışda olduğuna görə ümumilikdə 51 nəfər saxlanılıb
17 oktyabr, 2026 / 14:09
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb
17 oktyabr, 2026 / 09:37
Samuxda yol qəzası zamanı avtomobil iki hissəyə bölünüb, xəsarət alan var
17 oktyabr, 2026 / 00:09
Bakı-Quba yolunda yük maşını aşıb, ölən var
16 oktyabr, 2026 / 18:13
Kamran Əliyev Səbail rayonunda vətəndaşları qəbul edib
16 oktyabr, 2026 / 14:35
Cəzaçəkmə müəssisəsinə ayaqqabının içərisində narkotik keçirilməsinin qarşısı alınıb
16 oktyabr, 2026 / 14:20
İrandan Azərbaycana 35 kiloqram narkotikin keçirilməsinin qarşısı alınıb
16 oktyabr, 2026 / 14:01
Azərbaycan sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıb
16 oktyabr, 2026 / 12:28
Dələduzluqda ittiham olunan şəxs Rusiyadan Azərbaycana ekstradisiya edilib
16 oktyabr, 2026 / 11:23
Xırdalanda məktəbin şüşələrini sındıran şəxs həbs edilib
16 oktyabr, 2026 / 09:22
Kürdəmirdə iki yük maşınının iştirakı ilə ağır qəza olub, bir nəfər ölüb
16 oktyabr, 2026 / 07:38
Qusarda çaqqal sakinlərə hücum edib, 3 nəfər xəsarət alıb
15 oktyabr, 2026 / 16:09
İrandan Azərbaycana 16 kq narkotikin keçirilməsinin qarşısı alınıb
15 oktyabr, 2026 / 15:56
Dini icma sədrinə sui-qəsdə hazırlıqda təqsirləndirilən şəxslərə hökm oxunub
15 oktyabr, 2026 / 15:02