​Şirvanda Türkiyə vətəndaşını maşın vuraraq öldürüb

Bakı. 5 sentyabr. REPORT.AZ/ Şirvan şəhərində iki piyadanı maşın vurub.

"Report" Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, şəhərin Heydər Əliyev prospektində Nazir Qayıbalıyev idarə etdiyi “VAZ-21011” markalı avtomobillə yolu keçən həmyerlisi Rövşən Dədəyevi və Türkiyə vətəndaşı Abdullah Ekeri vurub.

Hadisə nəticəsində piyadalar hadisə yerindəcə ölüblər.

Faktla bağlı Şirvan Şəhər Polis İdarəsi araşdırma aparır.

Digər xəbərlər