​Vergilər Nazirliyinin departamenti tikinti şirkətini məhkəməyə verib

Bakı. 5 oktyabr. REPORT.AZ/ Azərbaycan Vergilər Nazirliyi (VN) yanında Bakı Vergilər Departamenti “R-Palace” Mənzil Tikinti Korporativini (MTK) məhkəməyə verib.

"Report"un xəbərinə görə, departament siyahıya alınmış əmlakın açıq hərracda satılması barədə iddia qaldırıb.

İddiaya 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılır.

Qeyd edək ki, “R-Palace” şirkəti çoxmərtəbəli binaların tikintisini həyata keçirir.

Digər xəbərlər

Sumqayıtda beş avtomobil toqquşub 25 oktyabr, 2026 / 15:56
Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14