Bakı. 21 avqust. REPORT.AZ/ Masallı rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
"Report"un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.
Məlumata görə, Masallı rayonunun Ərkivan qəsəbəsində rayon sakini Rüfət Məmmədov idarə etdiyi "VAZ-2107" markalı avtomobillə yolu velosipedlə keçən şəhər sakini Həyat Məmmədovu vurub. Nəticədə H.Məmmədov xəstəxanaya yerləşdirilib və orada ölüb.
Masallı Rayon Polis Şöbəsi faktla bağlı araşdırma aparır.