​Bakıda minik avtomobili yanıb

Bakı. 22 may. REPORT.AZ/ Səhər saatlarında Bakının Səbail rayonu ərazisində yanğın hadisəsi baş verib.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, nəticədə vətəndaşa məxsus "VAZ" markalı minik avtomobilinin yanar hissələri sıradan çıxıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub, yanğın söndürülüb.

Digər xəbərlər

Xırdalanda restoran yanıb 04 sentyabr, 2026 / 09:37